AzQAC Sumqayıt şəhər bölməsində "SOCAR Polymer" dəstəyi ilə ahıllara Qurban sovqatı paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində "SOCAR Polymer" dəstəyi ilə ahıllara Qurban sovqatı paylanılıb

Hər il olduğu kimi bu il də əməkdaşlıq etdiyimiz "SOCAR Polymer"-in rəhbərliyi bu Qurban bayramında da qeydiyyatımızda olan ahıllarımızı unutmayıb, bayram sovqatları və Qurban payı ilə onları sevindiriblər. Tədbirdə "SOCAR Polymer"-in İctimaiyyətlə Əlaqələr şöbəsinin  mütəxəssisi Aygün Musayeva da iştirak edib. AzQAC Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova "SOCAR Polymer"-in əməkdaşı Aygün Musayevanı salamlayıb, bayramlarda bölmə qeydiyyatında olan ahıllara göstərdikləri diqqət və qayğı üçün təşkilatın rəhbərliyinə öz təşəkkürlərini bildirib.

Donor təşkilatın əməkdaşı Aygün xanım da "SOCAR Polymer"-in rəhbərliyi adından ahılları bayram münasibəti ilə təbrik edərək, xoş arzularını bildirib. Bayram sovqatını əldə edən ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndələrinə, AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra yataq xəstələri evlərində ziyarət olunaraq, bayram sovqatları sevindirilib. Bayram qutularının paylanılmasında bölmə könüllüləri fəal iştirak ediblər.